N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Rusiya Yaponiyanın XİN nümayəndəsinə və bir neçə jurnalistə ölkəyə girişi qadağan etdi

11-noyabr-2025
Turan Hüseynli
Rusiya Yaponiyanın XİN nümayəndəsinə və bir neçə jurnalistə ölkəyə girişi qadağan etdi
Yazı Ölçüsü:
Rusiya Xarici İşlər Nazirliyi (XİN) 30 yapon vətəndaşının, o cümlədən Yaponiya XİN-in rəsmi nümayəndəsi, bir sıra jurnalistlər və professorların ölkəyə girişinə müddətsiz qadağa qoyub.
"PostMedia" xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.
Məlumata görə, bu qərar Yaponiya hökumətinin Rusiyaya qarşı sanksiyalarına cavab olaraq qəbul edilib.
Qadağa siyahısında Yomiuri, Nikkei və digər aparıcı media orqanlarının jurnalistləri, Fuji TV telekanalının reportyoru, eləcə də Hitotsubaşi, Keio və Tokio universitetlərinin professorları, Denzai K.K. şirkətinin prezidenti yer alır.
Xatırladaq ki, Yaponiya sentyabr ayında Rusiyaya qarşı sanksiyaları genişləndirərək 47 təşkilat və 14 fiziki şəxsi “qara siyahı”ya əlavə etmişdi. Sanksiyalara “Axmat Kadırov” Fondu, “Artek” uşaq düşərgəsi, bir neçə müdafiə müəssisəsi və bəzi Rusiya hərbçiləri də daxil idi.
Rusiya və Yaponiya hökumətləri son illərdə münasibətlərdəki gərginliyi etiraf ediblər. Kremlin mətbuat katibi Dmitri Peskov Tokioya qarşı “açıq şəkildə qeyri-dost mövqe” nümayiş etdirdiyini bildirmişdi. 2022-ci ildə Moskva İkinci Dünya müharibəsindən sonra hələ də imzalanmamış sülh sazişi üzrə danışıqları dayandırmışdı. Buna səbəb Cənubi Kuril adalarının mənsubiyyəti ilə bağlı mübahisələr olmuşdu.
Kateqoriyalar