6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Rusiya müharibənin dayandırılma şərtlərini açıqlayıb

10-noyabr-2025
Rusiya müharibənin dayandırılma şərtlərini açıqlayıb
Yazı Ölçüsü:
Rusiya Ukrayna ilə münaqişəni yalnız ilkin məqsədlərinə çatdıqda dayandıracaq.
"PostMedia" xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bunu “İnterfaks”-a açıqlamasında deyib.
O bildirib ki, Moskva münaqişənin tezliklə bitməsini istərdi.
“Bu, yalnız Rusiya öz məqsədlərinə çatdıqda mümkündür,” – deyə o vurğulayıb.
Peskov qeyd edib ki, Rusiya siyasi və diplomatik həllə üstünlük verir. Onun sözlərinə görə, Moskva dialoqa açıqdır, lakin Kiyev danışıqları dayandırıb.
“Ukraynanı Avropalılar təhrik edir,” – deyə Kremlin sözçüsü əlavə edib.
Peskov bunu Kiyevin böyük səhvi adlandırıb. O bildirib ki, cəbhədəki vəziyyət Kiyevin mövqeyinin zəiflədiyini göstərir.
“Bu, qaçılmazdır,” – deyə o yekunlaşdırıb.
Kateqoriyalar

Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031