Belarus Litva ilə sərhədi açmağa hazırdır - Lukaşenko
10-noyabr-2025
Turan Hüseynli
Yazı Ölçüsü:
"Belarus Litva ilə sərhədi açmağa hazırdır, çünki Minsk onu heç vaxt bağlamayıb".
"PostMedia" xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko görüş zamanı bəyan edib.
“Bildirirəm ki, biz sərhədi çoxdan açmağa hazırıq. Biz onu bağlamamışıq. Bir neçə saat ərzində sərhəd bizim tərəfimizdən fəaliyyətini bərpa edə bilər. Sərhədçilər ümumilikdə buna hazırdırlar”, – deyə ölkə rəhbərinin sözlərini "Belta" agentliyi sitat gətirib.
Prezidentin sözlərinə görə, bütün litvalı nəqliyyat vasitələri keçid məntəqələrində toplanıb və mühafizəçilərin nəzarəti altındadır:
“Sonradan bizə orada hansısa səhv hərəkət etdiyimizi deməsinlər. Bu maşınlar mühafizə altında saxlanılır. Əgər litvalılar onları geri qaytarmaq istəsələr, yaxşı, biz danışıqlar aparacağıq. Hazırda nəqliyyat vasitələri və yükləri mühafizə altında saxlanılır. Bildiyimə görə, onları qoruyanlar günə 120 avro tələb ediblər. Onlar bu mühafizə üçün ödəniş ediblər. İndi həmin maşınların neçə gün orada dayandığını 120 avro ilə vurun — ödənişi edin və maşınlarınızı, yüklərinizi götürün. Əgər bu, yaxın bir neçə gün ərzində edilməsə, biz Xarici İşlər Nazirliyinin də qeyd etdiyi kimi, qanunlarımıza uyğun qərar qəbul edəcəyik. Bu, həmin nəqliyyat vasitələrinin müsadirəsini də əhatə edə bilər. Onlar yollarda daimi qala bilməzlər — orada 1100 və ya 1200 iri yük maşını var”, – deyə Lukaşenko əlavə edib.