6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Cənubi Koreya Şimali Koreyanın raket sınağına etiraz edib

07-noyabr-2025
Cənubi Koreya Şimali Koreyanın raket sınağına etiraz edib
Yazı Ölçüsü:

Cənubi Koreya prezidenti Li Çje Myonun administrasiyası Şimali Koreyanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozaraq ballistik raket buraxmasına görə Pxenyanı kəskin şəkildə qınayıb. 
"PostMedia" xəbər verir ki, Milli təhlükəsizlik idarəsi fövqəladə iclas keçirib, məsul qurumların hazırlıq vəziyyətini qiymətləndirib və zəruri tədbirlərin görülməsi barədə göstəriş verib.
Cənubi Koreya ordusunun məlumatına görə, raket 7 noyabrda yerli vaxtla saat 12:35-də Pxyonan-Pukto vilayətindən Yapon dənizi istiqamətində buraxılıb. Bu, Şimali Koreyanın 2025-ci ildə həyata keçirdiyi yeddinci raket sınağıdır.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930