Tramp 1979-cu ildən qüvvədə olan İran sanksiyalarını daha bir il uzadıb
06-noyabr-2025
Turan Hüseynli
Yazı Ölçüsü:
ABŞ Prezidenti Donald Tramp İranla bağlı 1979-cu ildən qüvvədə olan fövqəladə vəziyyət rejimini və birtərəfli sanksiyaları daha bir il müddətinə uzadıb.
"PostMedia" xəbət verir ki, bu barədə Trampın bəyanatı ABŞ hökumətinin rəsmi sənədlər toplusu olan Federal Reyestrdə dərc edilib.
Bəyanatda qeyd olunur ki, ABŞ-İran münasibətləri hələ normallaşmayıb, həmçinin 1981-ci il yanvarın 19-da imzalanan Əlcəzair sazişlərinin icrası davam edir. Həmin sazişlər ABŞ diplomatlarının 1979-cu il İran inqilabından sonra bir ildən artıq Tehranda girov saxlanıldıqdan sonra azad olunmasını təmin edib.
Tramp vurğulayıb:
“Bu səbəbdən 1979-cu il 14 noyabrda elan olunmuş milli fövqəladə vəziyyət rejimi qüvvədə qalmalıdır. Mən onun müddətini bir il uzadıram.”
Xatırladaq ki, 39-cu ABŞ prezidenti Cimmi Karter 1979-cu ildə amerikalı girovların ələ keçirilməsinə cavab olaraq İranın ABŞ-dakı bütün aktivlərini dondurub, 1980-ci ildə isə Tehranla diplomatik əlaqələri kəsib, İrana qarşı ixrac və idxal embarqosu tətbiq edib.