N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

ABŞ Səudiyyə Ərəbistanına F-35 qırıcılarının satışını təsdiqləyə bilər

06-noyabr-2025
Türkan Nəbi
ABŞ Səudiyyə Ərəbistanına F-35 qırıcılarının satışını təsdiqləyə bilər
Yazı Ölçüsü:
ABŞ prezidenti Donald Trampın administrasiyası Səudiyyə Ərəbistanına 48 ədəd F-35 qırıcısının satışına razılıq verməyi düşünür.
"PostMedia" "Reuters" agentliyinə istinadən məlumat verir ki, potensial çoxmilyardlıq müqavilə artıq Pentaqonda ilkin razılaşdırma mərhələsindən keçib.
Agentliyin mənbələri bildirib ki, qərarın elan olunmasından əvvəl sövdələşmə nazirlər kabineti, Konqres və prezident Trampın yekun təsdiqi mərhələlərindən keçməlidir.
Bu addım ABŞ-ın Yaxın Şərq siyasətində ciddi dəyişiklik sayıla bilər, çünki indiyə qədər F-35 qırıcıları yalnız İsrailə satılıb.
Səudiyyə Ərəbistanı illərdir bu təyyarələri almağa çalışır və bu istəyi əsasən İrandan gələn təhlükə ilə izah edir. Tramp administrasiyası isə bu yaxınlaşmanı hərbi-texniki əməkdaşlıqda yeni mərhələ kimi qiymətləndirir.
Bununla belə, Konqresdə hələ də bəzi narahatlıqlar qalır — xüsusilə jurnalist Camal Xaşoqcinin qətli ilə bağlı qalmaqaldan sonra bir çox siyasətçilər Ər-Riyada silah satışı məsələsində ehtiyatlı davranır.
Eyni zamanda, Səudiyyə Ərəbistanı silah təchizatçılarını şaxələndirmək üçün Türkiyənin beşinci nəsil “Kaan” qırıcısı ilə də maraqlanır.
Kateqoriyalar