6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Şalva Papuaşvili: "Gürcüstan həmişə Ermənistan və Azərbaycan arasında münaqişənin həllinin tərəfdarı olub"

28-oktyabr-2025, 22:58
Şalva Papuaşvili: "Gürcüstan həmişə Ermənistan və Azərbaycan arasında münaqişənin həllinin tərəfdarı olub"
Yazı Ölçüsü:
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Ermənistan Milli Məclisinin Elm, təhsil, mədəniyyət, diaspor, gənclər və idman məsələləri üzrə daimi komissiyasının sədri Sisak Qabrielyan və komissiya üzvləri ilə görüşüb.
"PostMedia" xəbər verir ki, bu barədə "Georgia Online" nəşri məlumat yayıb.
Görüşdə tərəflər Cənubi Qafqaz regionunda baş verən hadisələri müzakirə ediblər. Qeyd olunub ki, regional sülh bölgənin bütün üç ölkəsinə əhəmiyyətli fayda gətirəcək.
Şalva Papuaşvili bəyan edib ki, Gürcüstan həmişə Ermənistan və Azərbaycan arasında münaqişənin həllinin tərəfdarı olub və vurğulayıb ki, hazırkı proseslər regional inkişaf üçün yeni imkanlar açır.
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930