6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Ararat Mirzoyan: "İlham Əliyevi və Rəcəb tayyib Ərdoğanı Avropa Siyasi Birliyi Sammitinə dəvət etmişik"

27-oktyabr-2025, 18:04
Ararat Mirzoyan: "İlham Əliyevi və Rəcəb tayyib Ərdoğanı Avropa Siyasi Birliyi Sammitinə dəvət etmişik"
Yazı Ölçüsü:

Ermənistan hakimiyyəti Azərbaycan Prezidenti İlham Əliyevi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı 2026-cı ilin mayında Yerevanda keçiriləcək Avropa Siyasi Birliyi Sammitində iştirak etməyə dəvət edib.

"PostMedia" xəbər verir ki, bu barədə Milli Məclisdə jurnalistlərin suallarını cavablandıran Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan məlumat verib:

“Biz dəvətləri artıq təqdim etmişik. Hələlik sənəd formasında göndərilməyib, amma ən yüksək səviyyədə şifahi dəvət olunublar”.

Nazir “Gələcəklə bağlı münasibətləri necədir, gələcəklərmi?” sualına isə belə cavab verib:

“Bütün bunlar çox yeni proseslərdir və hələ bu mövzunu ətraflı müzakirə etmək üçün imkan da olmayıb”.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930