6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

“Azərbaycanla birlikdə ATƏT-in Minsk Qrupu strukturlarının bağlanması üçün müraciət etmişik” — Ararat Mirzoyan

27-oktyabr-2025, 16:43
“Azərbaycanla birlikdə ATƏT-in Minsk Qrupu strukturlarının bağlanması üçün müraciət etmişik” — Ararat Mirzoyan
Yazı Ölçüsü:

“Bildiyiniz kimi, Vaşinqton razılaşmaları çərçivəsində biz və Azərbaycan ATƏT sədrliyinə daxil olan ölkələrə birgə müraciət edərək bildirdik ki, ATƏT-in Minsk prosesi və Minsk Qrupunun strukturlarının fəaliyyətinin davam etdirilməsini artıq məqsədəuyğun hesab etmirik”.

"PostMedia" xəbər verir ki, bunu oktyabrın 27-də Milli Məclisdə “Ermənistan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

Nazirin sözlərinə görə, bundan sonra ATƏT-də əməkdaşlıq üçün yeni istiqamətlər və proqramlar müəyyən etməyə çalışırlar:

“Biz iqtisadiyyat və ətraf mühitlə bağlı məsələlər üzrə əməkdaşlıq imkanlarında maraqlıyıq”.



Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930