N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Fələstin fraksiyaları Qəzzada BMT sülhməramlılarının yerləşdirilməsi ideyasını dəstəkləyiblər

24-oktyabr-2025
Admin
Fələstin fraksiyaları Qəzzada BMT sülhməramlılarının yerləşdirilməsi ideyasını dəstəkləyiblər
Yazı Ölçüsü:
Qahirədə keçirilən danışıqlarda iştirak edən fələstin fraksiyaları BMT-nin Qəzza zolağında sülhməramlı qüvvələrin yerləşdirilməsi ilə bağlı qətnamə ideyasını dəstəkləyiblər.
"PostMedia" xəbər verir ki, Bu barədə HƏMAS hərəkatı bəyanat yayıb.
HƏMAS-ın Teleqram kanalında yayılan məlumatda deyilir: "Qahirədə keçirilən görüşlərin iştirakçıları Qəzzə ərazisində sabitliyin qorunması üçün bütün tədbirlərin görülməsinin vacibliyi barədə razılığa gəliblər" . Onlar həmçinin vurğulayıblar ki, BMT atəşkəs rejiminə əməl olunmasına nəzarət edəcək sülhməramlı qüvvələrin anklavda yerləşdirilməsi ilə bağlı qətnamə qəbul etməlidir.
Kateqoriyalar