N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Aİ Ukraynanı 2027-ci ilə qədər maliyyələşdirməyi vəd edib

24-oktyabr-2025
Turan Hüseynli
Aİ Ukraynanı 2027-ci ilə qədər maliyyələşdirməyi vəd edib
Yazı Ölçüsü:

Avropa İttifaqı 2026 və 2027-ci illərdə Ukraynaya davamlı maliyyə dəstəyi göstəriləcəyinə zəmanət verib.

"PostMedia" xəbər verir ki, Brüsseldə keçirilən Aİ sammitində bildirilib ki, müttəfiqlər Kiyevin Rusiya təcavüzündən müdafiəsini təmin etmək üçün sabit maliyyələşməni davam etdirmək niyyətindədirlər.
Bununla belə, Ukraynaya dondurulmuş Rusiya aktivləri hesabına 140 milyard avro kredit ayrılması barədə qərar dekabr ayına qədər təxirə salınıb, – deyə "Bild" nəşri yazır. Sammitin yekun bəyanatında qeyd olunur ki, Avropa Komissiyası həmin vəsaitlərin istifadəsi ilə bağlı variantları “mümkün qədər tez” təqdim etməlidir.
Ukrayna Prezidenti Vladimir Zelenski sammit çıxışında vurğulayıb ki, Kiyevin bu maliyyəyə mümkün qədər tez ehtiyacı var:
“Bu vəsait bizə 2026-cı ildə lazımdır və daha yaxşı olardı ki, ilin əvvəlində çatdırılsın. Amma hər şey bizdən asılı deyil”, – deyə o qeyd edib.
Almaniyanın kansleri Fridrix Merts və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Rusiya aktivlərinin istifadəsi ilə bağlı təşəbbüsləri fəal şəkildə dəstəkləyirlər.

Kateqoriyalar