6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

NATO baş katibi Mark Rutte Vaşinqtona gizli səfər edib - Reuters

21-oktyabr-2025, 23:47
NATO baş katibi Mark Rutte Vaşinqtona gizli səfər edib - Reuters
Yazı Ölçüsü:
NATO-nun baş katibi Mark Rutte oktyabrın 21-də Vaşinqtona elan olunmamış səfər edib.
"PostMedia" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, Rutte oktyabrın 22-də ABŞ Prezidenti Donald Trampla da görüşəcək. "Reuters" müxbiri Qrem Slatteri qeyd edib ki, “Avropa Trampın son diplomatik təşəbbüslərinə sürətlə reaksiya verməyə çalışır”.
Bundan əvvəl isə "Bloomberg" Avropa ölkələri və Kiyev birgə şəkildə Ukraynada münaqişənin həlli üçün 12 bəndlik plan üzərində işlədiyini yazıb. Məlumatda bildirilir ki, planın detalları hələ razılaşdırılmayıb və dəyişikliklər mümkündür, çünki ABŞ-ın razılığı olmadan plan qəbul edilə bilməz. Buna görə də Avropa rəsmilərinin bu həftə Vaşinqtona səfəri və Ağ Evdə məsləhətləşmələr aparması gözlənilir.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031