N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

ABŞ İranın nüvə problemini diplomatik yolla həll etməyə çalışacaq - Vens

21-oktyabr-2025
Turan Hüseynli
ABŞ İranın nüvə problemini diplomatik yolla həll etməyə çalışacaq - Vens
Yazı Ölçüsü:

Amerika Birləşmiş Ştatları (ABŞ) İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün bütün diplomatik vasitələrdən istifadə etməyə qərarlıdır.

PostMedia” xəbər verir ki, bu barədə İsrailə səfəri zamanı keçirilən mətbuat konfransında ABŞ-ın vitse-prezidenti Ceymis Devid Vens bildirib.

O, ABŞ-nin İrana qarşı yeni zərbələr endirib-endirməyəcəyi barədə suala birbaşa cavab verməyib.

“Bu məsələ ilə bağlı bu gün heç bir açıqlama verməyəcəyəm”, – deyə o qeyd edib.

“ABŞ prezidenti İranla bağlı siyasətimizi aydın şəkildə ifadə edir. O, əslində İranın sülhün olmasını, iranlılarla yaxşı münasibətlərin qurulmasını istəyir”, – deyə Vens vurğulayıb.

“Lakin onların nüvə başlığına sahib olmaları yolverilməzdir. Buna görə də biz İranın nüvə başlığına malik olmamasını təmin etmək üçün bütün diplomatik vasitələrdən maksimum istifadə etməyə çalışacağıq. Hazırda diqqətimizi məhz buna yönəltmişik və bu istiqamətdə fəaliyyətimizi qeyri-müəyyən müddətə davam etdirəcəyik”, – deyə vitse-prezident bildirib.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Bundan az sonra İran cavab hücumu həyata keçirib. ABŞ isə eskalasiyadan doqquz gün sonra münaqişəyə daxil olaraq Fordo, Natanz və İsfahan şəhərlərindəki İran nüvə obyektlərinə zərbələr endirib.

İyun ayının 23-də axşam saatlarında İran Yaxın Şərqdəki ən böyük ABŞ hərbi bazası olan Əl-Udeydə (Qətər) hücum edib. Bundan sonra Tramp bəyan edib ki, İsrail və İran atəşkəs barədə razılığa gəliblər. Atəşkəs rejimi iyunun 24-dən qüvvəyə minib.

Tramp bildirib ki, ABŞ əslində İranın nüvə proqramını məhv edib. İranın ali lideri Əli Xameneyi isə 20 oktyabrda qeyd edib ki, Tramp İslam Respublikasının bütün nüvə infrastrukturunun iyun ayındakı zərbələr nəticəsində məhv edildiyini düşünməkdə davam edə bilər.

Kateqoriyalar