N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

İranda MAQATE ilə əməkdaşlıq şərtləri açıqlanıb

20-oktyabr-2025
Turan Hüseynli
İranda MAQATE ilə əməkdaşlıq şərtləri açıqlanıb
Yazı Ölçüsü:
İran Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə yeni əməkdaşlıq variantını yalnız agentlikdən bu barədə rəsmi təklif daxil olarsa nəzərdən keçirəcək.
"PostMedia" xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani deyib.
"Snapback" mexanizmi işə salındıqdan sonra, xarici işlər nazirimiz Abbas Araqçinin də qeyd etdiyi kimi, hazırda etibarsız hesab etdiyimiz Qahirə sazişinə yenidən baxacağıq. Lakin MAQATE əməkdaşlıqla bağlı yeni təklif təqdim etsə, bu məsələ Ali Təhlükəsizlik Şurasında nəzərdən keçiriləcək".
Xatırladaq ki, 9 sentyabrda İran və MAQATE Misirdə əməkdaşlığın bərpası barədə saziş imzalamışdı. Bu əməkdaşlıq iyunda İsrail və ABŞ-nin İranın nüvə obyektlərinə hücumlarından sonra dayandırılmışdı.
İran tərəfi həmin vaxt bildirmişdi ki, əgər respublikaya qarşı yenidən düşmənçilik addımları atılarsa, MAQATE ilə bütün əlaqələr yenidən kəsiləcək.
Bundan sonra, 20 sentyabrda İranın Təhlükəsizlik Şurası, Böyük Britaniya, Almaniya və Fransanın (sözdə “Avropa üçlüyü”) BMT Təhlükəsizlik Şurasının anti-İran sanksiyalarını bərpa etmək cəhdlərinə görə, MAQATE ilə əməkdaşlığın dayandırıldığını elan edib.
Kateqoriyalar