N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Almaniya ABŞ-dən 15 ədəd "F-35" almaq istəyir

20-oktyabr-2025
Türkan Nəbi
Almaniya ABŞ-dən 15 ədəd "F-35" almaq istəyir
Yazı Ölçüsü:

Almaniyanın müdafiə naziri Boris Pistorius ABŞ istehsalçısı "Lockheed Martin"dən əlavə 15 ədəd "F-35" qırıcı təyyarəsi alınması üçün göstəriş vermək niyyətindədir.

"PostMedia" xəbər verir ki, bu barədə "Reuters"ə parlament mənbəyi məlumat verib və bu, Spiegel jurnalının xəbərlərini təsdiqləyib.

Məxfi büdcə sənədlərinə görə, bu təyyarələrin ümumi dəyərinin təxminən 2,5 milyard avro (təxminən 5 milyard manat) olacağı gözlənilir.

Məsələ ilə bağlı məlumatlı olan başqa bir mənbə də əlavə təyyarə alınması ilə bağlı müzakirələrin getdiyini təsdiqləyib, lakin dəqiq say açıqlamayıb. Almaniyanın Müdafiə Nazirliyi mövzu ilə bağlı şərh verməkdən imtina edib.

Almaniya artıq ABŞ istehsalı olan 35 ədəd "F-35" təyyarəsinin sifarişini verib. Bu təyyarələr hazırda istismarda olan və köhnəlmiş 85 ədəd "Tornado" qırıcısını əvəz edəcək.

"F-35"lər Almaniyada saxlanılan ABŞ nüvə bombalarının münaqişə zamanı daşınması missiyasını "Tornado" təyyarələrindən təhvil alacaq.

Xatırladaq ki, iyul ayında Berlin əlavə 15 "F-35" alınması planlarını təkzib etmişdi, lakin müdafiə büdcəsinin əhəmiyyətli dərəcədə artırılması silahlanmaya daha çox vəsait ayırmağa imkan yaradıb.

Həmin vaxt hərbi mənbə Reuters-ə bildirib ki, 15 əlavə "F-35 almaq ideyası əvvəlki müzakirələrdə gündəmdə olub.

Bu qərar qəbul edilərsə, Almaniya ilə Fransa arasında yeni gərginlik yarana bilər, çünki iki ölkə özlərinin birgə hazırladığı FCAS/SCAF döyüş təyyarəsi layihəsi üzrə fikir ayrılığı yaşayır.

Kateqoriyalar