N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

İsrail Qəzza ilə sərhəddəki iki keçid məntəqəsini yenidən açıb

20-oktyabr-2025
Admin
İsrail Qəzza ilə sərhəddəki iki keçid məntəqəsini yenidən açıb
Yazı Ölçüsü:

İsrail hakimiyyəti Qəzza zolağı ilə sərhəddə yerləşən “Kerem Şalom” və “Kisufim” keçid məntəqələrini bazar ertəsi yenidən açıb.

"PostMedia" xəbər verir ki, bu barədə İsrailin 12-ci telekanalı məlumat yayıb.

Məlumata görə, bu iki keçid məntəqəsi bazar günü bağlanmışdı. Keçidlərin bağlanmasına səbəb həmin gün səhər radikallar tərəfindən Rafah şəhəri yaxınlığında iki israilli hərbçinin güllələnərək öldürülməsi olub. Hücumdan sonra İsrailin Baş naziri Benyamin Netanyahu atəşkəs rejimini pozmaqda HƏMAS-ı günahlandırıb və orduya “əməliyyat tədbirləri görmək” göstərişi verib.

Bundan sonra İsrail ordusu zolağın müxtəlif hissələrinə zərbələr endirib, onlarla hədəfi vurub. Yalnız oktyabrın 19-u axşam saatlarında rəsmi olaraq atəşkəs rejiminin bərpa olunduğu açıqlanıb.

"Ynet" portalının məlumatına görə, bazar ertəsi ABŞ prezidentinin sülhməramlı missiyalar üzrə xüsusi nümayəndəsi Stiven Uitkof və prezidentin kürəkəni Cerad Kuşner İsrailə gəliblər. "Axios"un yazdığına əsasən, onların səfəri Qəzza zolağında atəşkəsin sabitləşdirilməsinə və tərəflər arasında növbəti sülh mərhələsinə keçid üçün konkret addımların hazırlanmasına həsr olunacaq.

Bundan əvvəl Axios və İsrailin Kan dövlət yayım şirkəti məlumat vermişdi ki, Uitkof və Kuşner bu həftə İsrailə səfər edəcəklər. Həmçinin ABŞ nümayəndə heyətinə vitse-prezident Cey Di Vensin də qoşula biləcəyi bildirilmişdi. Bazar günü Vens Vaşinqtonun “yaxın günlərdə” İsrailə yüksək səviyyəli nümayəndə göndərəcəyini təsdiqləyib və bunun şəxsən o ola biləcəyini istisna etməyib.

Kateqoriyalar