Gürcüstanın baş naziri İrakli Kobaxidze qeyd edib ki, keyfiyyət idarəetmə sistemi əsasən formal xarakter daşıyır və burada ciddi dəyişikliklərə ehtiyac var.
"Postmedia" xəbər verir ki, Gürcüstan üç il bakalavr təhsili və bir il magistratura təhsilini əhatə edən ali təhsil sisteminə keçidi planlaşdırır, Gürcüstanın baş naziri İrakli Kobaxidze təhsil islahatının təqdimatı zamanı bildirib.
Onun fikrincə, həm bakalavr, həm də magistraturanın dəqiq müəyyən edilmiş məqsədləri olmalıdır ki, bu gün belə deyil.
"Demək olar ki, bütün ixtisaslar üçün 3 il kifayətdir. Təbii ki, tibb və bu kimi ixtisaslar istisnadır. Demək olar ki, bütün digər hallarda bakalavr pilləsini 3, magistratura pilləsini isə bir ildə almaq olar. Bundan başqa, yaxın vaxtlarda digər sahələr üzrə də konkret planlar təqdim etməyi planlaşdırırıq və hesab edirik ki, bəzi məktəblərdə də 11 illik kurrikuluma keçməliyik. Təhsil Nazirliyi də bu istiqamətdə fəal iş görmür".
Onun sözlərinə görə, müxtəlif fakültə və ixtisaslar üzrə təhsil müddəti heç bir dərin təhlilə əsaslanmır. Baş nazirin qeyd etdiyi kimi, vaxtilə müəyyən sistem yaradılıb və o vaxtdan bəri heç kim təhsil müddətinə yenidən baxmağı düşünməyib.