Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş yaxın iki həftə ərzində baş tuta bilər.
"Postmedia" xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, hər iki tərəf bunu təxirə salmamalı olduğunu başa düşür.
"Bu, həqiqətən, iki həftə və ya bir az sonra baş verə bilər. Ümumi anlayış var ki, heç nəyi təxirə salmaq olmaz", - Peskov bildirib.
O qeyd edib ki, Putinlə Tramp arasında dünənki telefon danışığı ABŞ liderinin Yaxın Şərqə uğurlu səfərindən sonra Rusiya tərəfindən təklif edilib.
“Macarıstan NATO və Aİ-nin üzvü kimi öz maraqlarının qorunmasında unikal mövqeyə malikdir və bu, Putin və Trampın hörmətinə layiqdir”, – Peskov vurğulayıb.