N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Elm adamlarından ümidverici yenilik

17-oktyabr-2025
Kənan
Elm adamlarından ümidverici yenilik
Yazı Ölçüsü:

ABŞ-ın Massaçusets Universitetinin (UMass Amherst) alimləri tibbdə inqilab yarada biləcək yeni bir ixtiraya imza atıblar. Onların apardığı araşdırmalar nəticəsində xərçəngin yaranmasını daha başlamadan qarşısını almağa yönəlmiş “super peyvənd” hazırlanıb və ilkin nəticələr olduqca ümidverici olub.

"Postmedia" xəbər verir ki, araşdırmaya rəhbərlik edən və UMass Amherst-in biotibbi mühəndislik üzrə mütəxəssisi Prabhani Atukorale bildirib ki, bu peyvənd təkcə müalicəvi deyil, həm də güclü profilaktik (qarşısını alan) təsirə malikdir. Tədqiqatın nəticələri tibbi sahədə nüfuzlu elmi jurnal olan Cell Reports Medicine-də dərc olunub.

Yeni hazırlanan peyvənd yağ əsaslı nanohissəciklər vasitəsilə orqanizmə yeridilir. Bu nanohissəciklər, immun sistemini aktivləşdirən iki güclü adjuvant (yəni immun cavabı sürətləndirən maddə) daşıyır.

Bu texnologiya sayəsində peyvənd, xərçəng hüceyrələri yaranmadan öncə immun sistemini “təlimləndirir” və bədəni potensial hüceyrələri tanıyıb zərərsizləşdirməyə hazır vəziyyətə gətirir.

Aparılan təcrübələrdə peyvənd antigenlə birlikdə siçanlara tətbiq edilib. Antigenlər — orqanizmə yad olan və immun reaksiyanı stimullaşdıran molekullardır. Bu birləşmə nəticəsində bədəndə hədəf xərçəng hüceyrələrinə qarşı güclü immun cavab formalaşıb.

Mütəxəssislər hesab edirlər ki, bu ixtira gələcəkdə xərçəngin qarşısının alınmasında ən mühüm addımlardan biri ola bilər və uzunmüddətli qoruma təmin etməsi istiqamətində araşdırmalar davam edir.

Kateqoriyalar