6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Seltik klubundan Qəzzaya 100 min funt sterlinqlik humanitar yardım

17-oktyabr-2025, 12:01
Seltik klubundan Qəzzaya 100 min funt sterlinqlik humanitar yardım
Yazı Ölçüsü:

Şotlandiyanın məşhur futbol klubu Seltik, Qəzzadakı aclıq və qida çatışmazlığı ilə mübarizəyə dəstək məqsədilə 100 min funt sterlinq məbləğində yardım edib.

"Postmedia" xəbər verir ki, klubun xeyriyyə fondu yardımı BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP) vasitəsilə Qəzzadakı təcili qida ehtiyaclarının qarşılanması üçün ayırdığını açıqlayıb.

Fondun bəyanatında qeyd olunub ki, WFP dünyanın aclıqla mübarizədə ən böyük humanitar təşkilatıdır və bu yardım Qəzzada ağır şəraitdə yaşayan minlərlə insana ərzaq yardımı göstərmək üçün istifadə ediləcək.

Məlumata görə, hazırda Qəzzada 640 min insan aclıq səviyyəsində yaşayır, 132 min uşaq isə kəskin qidalanma çatışmazlığı səbəbindən ölüm riski altındadır.

Seltik klubu bu addımı ilə Qəzzadakı humanitar böhrana beynəlxalq diqqəti artırmağı və yardıma ehtiyacı olanlara dəstək olmağı hədəfləyir.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930