6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Bəşər Əsədin əmisi oğlu yaxalandı

16-oktyabr-2025
Bəşər Əsədin əmisi oğlu yaxalandı
Yazı Ölçüsü:

Suriyanın keçmiş lideri Bəşər Əsədin əmisi oğlu Numeyr Əsəd Lazkiyəyə bağlı Kırdaha rayonunda keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb.

PostMedia” xarici KİV-lərə istinadən xəbər verir ki, Suriyanın Daxili İşlər Nazirliyi əməliyyatın keçirildiyini təsdiqləyib.

Nazirliyin Telegram kanalında yayılan açıqlamada bildirilib ki, Numeyr Əsəd və ona bağlı cinayətkar dəstənin yeri müəyyən edildikdən sonra daxili təhlükəsizlik qüvvələri və terrorla mübarizə qruplarının iştirakı ilə əməliyyat başlanıb.

Məlumata görə, qrup üzvləri Dubayka kəndində, yanacaqdoldurma məntəqəsi yaxınlığında bir nəfəri öldürüb, bir uşağı qaçırmağa cəhd etdikləri anda ələ keçirilib.

Saxlanılanlar istintaqın aparılması və hüquqi prosedurların həyata keçirilməsi üçün Terrorla Mübarizə İdarəsinə təhvil verilib.

Qardaşı da iyunda tutulmuşdu

Xatırladaq ki, Suriya Daxili İşlər Nazirliyi 21 iyun tarixində, ölkənin ən böyük narkotik şəbəkələrindən birinin başçısı və müharibə cinayətlərində iştirak etdiyi bilinən Numeyr Əsədin qardaşı Vesim Əsədin də əməliyyatla yaxalandığını açıqlamışdı.

Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930