N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Rusiyanın gözü sabahkı görüşdə: Putinin qorxduğu raketlər gəlir

16-oktyabr-2025
Kənan
Rusiyanın gözü sabahkı görüşdə: Putinin qorxduğu raketlər gəlir
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenskinin sabah keçirəcəyi görüş dünya gündəminin mərkəzinə çevrilib. 

Bildirilir ki, görüşün əsas məqsədi ABŞ istehsalı olan “Tomahawk” raketlərinin Ukraynaya satışıdır. Tərəflər sabahkı görüşdə “Tomahawk” raketlərinin satışı, istifadəsi və tədarük mərhələlərini müzakirə edəcəklər. Moskvanı vura biləcək məsafəyə malik bu raketlər müharibənin gedişatını dəyişə bilər. Putin isə bu silahların tədarükünü “müharibədə yeni mərhələ” kimi qiymətləndirib.

Görüş öncəsi Tramp CNN-ə açıqlamasında deyib: “Tomahawk inanılmaz bir silahdır, çox aqressivdir. Açıq danışmaq lazımdır, bu silahlar Rusiyanın canını çox sıxacaq.”

Tomahawk raketləri 1970-ci illərdə hazırlanıb. “Səssiz uçuşlu qanadlı raket” kimi tanınır. Döyüş başlığının çəkisi təxminən 450 kq (yarım ton partlayıcı), uçuş məsafəsi 2 500 kilometrdir. Bu raketlər əsasən yüksək əhəmiyyətli hədəfləri vurmaq üçün istifadə olunur — neft emalı zavodları, silah anbarları, körpülər və elektrik stansiyaları onların əsas hədəfləridir. ABŞ ordusu adətən bu raketləri gəmi və ya sualtı qayıqlardan buraxır. Ancaq Ukraynada raketlər quruya yerləşdiriləcək xüsusi buraxılış qurğularından atılacaq.

ABŞ raketləri NATO müttəfiqi Avropa ölkələri vasitəsilə Ukraynaya göndərəcək, lakin dəqiq say hələ açıqlanmayıb. Ekspertlərin fikrinə görə, 20–50 ədəd raket göndərilməsi ehtimal olunur, lakin bəzi sabiq rəsmilər yüzlərlə raketin verilə biləcəyini deyirlər.

Rusiya bu silahların tədarükünü ABŞ-ın birbaşa müharibəyə qoşulması kimi qiymətləndirir. Moskva iddia edir ki, bu raketlər Amerika hərbçiləri tərəfindən idarə olunacaq və bu halda həmin hərbçilər Rusiya ordusunun hədəfində olacaqlar. Rusiya rəsmiləri eyni zamanda raketləri havada məhv edə biləcəklərini bildirirlər.

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev xəbərdarlıq edib: “ABŞ Tomahawk raketlərini Ukraynaya verərsə, bu hamı üçün – xüsusilə də Donald Tramp üçün – pis nəticələrə səbəb olacaq.” Putin isə ziddiyyətli açıqlama verərək bildirib ki, Tomahawk raketlərinin tədarükü müharibədə yeni mərhələdir, amma bu raketlər müharibənin gedişatına ciddi təsir etməyəcək.

Kateqoriyalar