“Henley Passport Index” 2025-ci iodə dünyanın ən güclü passportlarının reytinqini açıqlayıb.
”PostMedia” xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının pasportu tarixdə ilk dəfə olaraq ən güclü 10 pasport siyahısından çıxıb və 12-ci yerə geriləyib.
Reytinq, vizasız səfər edilə bilən istiqamətlərin sayına əsasən müəyyən edilir.
Amerikalılar hazırda 180 ölkəyə vizasız səyahət edə bilər – bu göstərici ilə ABŞ Malayziya ilə eyni səviyyədədir.
Bu ilin yanvarında ABŞ 9-cu, iyulda isə 10-cu yerdə idi.
ABŞ pasportu hazırda siyahıda Litva və İslandiyadan da geridədir.
Singapur pasportu 193 ölkəyə vizasız giriş imkanı ilə birinci yeri tutur.
Mütəxəssislər hesab edir ki, ABŞ-ın reytinqdə geriləməsinə “reciprocity” yəni qarşılıqlılığın zəif olması səbəb olub. Amerikalılar 227 istiqamətin 180-nə vizasız gedə bildiyi halda, ABŞ özü yalnız 46 ölkənin vətəndaşlarına vizasız giriş icazəsi verir. Bu göstərici ilə ABŞ Henley Açıq Qapı İndeksində 77-ci yerdə qərarlaşıb və İraqdan cüzi şəkildə öndədir.
ABŞ-nin reytinqdən düşməsinə təsir edən son faktorlara Braziliya ilə vizasız rejimin ləğvi, Çinin sürətlə genişlənən vizasız siyahısına daxil edilməməsi, Somali və Vyetnamın yeni viza sistemlərindən ABŞ-ni kənarda saxlaması göstərilir.
“Henley & Partners”in sədri Kristian H. Kaelinin sözlərinə görə ABŞ pasportunun zəifləməsi sadəcə reytinq dəyişikliyi deyil – bu, qlobal hərəkətlilik və yumşaq güc balansının dəyişdiyini göstərir.
”Açıq siyasət yürüdən ölkələr irəliləyir, üstünlüyünə arxayın olanlar isə geridə qalır”.
Siyahıda Azərbaycan 72-ci yerdədir. Belə ki, vətəndaşlarımız 71 ölkəyə vizasız giriş edə bilər.
Beləliklə son sıralamada ən güclü passportu olan ölkələr bunlardır: