6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

İsrail tərəfindən geri qaytarılan 45 fələstinlinin kimliyi Qəzzada müəyyənləşdirilir

15-oktyabr-2025
İsrail tərəfindən geri qaytarılan 45 fələstinlinin kimliyi Qəzzada müəyyənləşdirilir
Yazı Ölçüsü:

Qəzza rəsmiləri İsrailin geri qaytardığı 45 fələstinlinin cəsədlərinin kimliyini müəyyənləşdirmək üzərində işləyirlər.

Bazar ertəsi Həmasın 20 israilli girovu azad etməsindən bir gün sonra, Beynəlxalq Qırmızı Xaç Komitəsi 45 fələstinlinin cəsədinin İsrail tərəfindən Qəzzaya qaytarıldığını açıqlayıb.

Qəzza zolağındakı xəstəxanaların baş direktoru Dr. Məhəmməd Zəqut bildirib ki, mütəxəssislərdən ibarət bir qrup artıq bu cəsədlərin tibbi ekspertizasını və şəxsiyyətinin müəyyənləşdirilməsini həyata keçirir.

Onun sözlərinə görə, Qəzza rəsmiləri İsraildən qaytarılan şəxslərin ad siyahısını gözləyirdilər, lakin hələlik bu məlumat təqdim olunmayıb.

“Əgər adları İsrail tərəfi təqdim edərsə, onları dərhal açıqlayacağıq,” – deyə o bildirib. “Əks halda, şəxsiyyəti müəyyən edilənlərin şəkillərini onlayn link vasitəsilə paylaşacağıq ki, ailələr Nasser Tibb Kompleksinəgələrək yaxınlarını tanıyıb, onlara dəfn mərasimi təşkil edə bilsinlər.”

O həmçinin əlavə edib ki, yaxın günlərdə daha çox cəsədin qaytarılacağına dair vədlər verilib və prosesin məsələsiz və maneəsiz davam edəcəyi təqdirdə bu baş verəcək.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031