6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Yunanıstanda yeni əmək qanunu etirazlara səbəb olub

15-oktyabr-2025, 15:20
Yunanıstanda yeni əmək qanunu etirazlara səbəb olub
Yazı Ölçüsü:

Yunanıstan hökuməti özəl sektorda gündə 13 saatlıq iş rejimini qanuniləşdirməyə hazırlaşır. Rəsmi dairələr bunun könüllü əsasda olacağını bildirsə də, həmkarlar ittifaqları bu qaydaların işçilərə məcburi şəkildə tətbiq ediləcəyini deyir. Qanun layihəsi ölkə üzrə geniş etirazlara səbəb olub.

"PostMedia" xəbər verir ki, yeni qanuna əsasən, sənaye, kənd təsərrüfatı, pərakəndə ticarət və xidmət sektorlarında çalışan işçilər həftədə altı gün işləyə biləcəklər. Altıncı iş günü üçün 40 faiz əlavə maaş ödəniləcək. Qanun həmçinin ildə maksimum 37,5 gün 13 saatlıq iş rejiminə icazə verir.

Hökumət həftəlik ümumi iş saatının 48 saatı keçməyəcəyini və sistemin könüllülük prinsipi ilə işləyəcəyini açıqlayıb.

Lakin həmkarlar ittifaqları bu arqumentlə razılaşmır. Onların fikrincə, işəgötürənlər daha güclü mövqedə olduğu üçün, işçilər faktiki olaraq bu şərtləri qəbul etməyə məcbur qalacaqlar.

Ekspertlər xəbərdarlıq edirlər ki, Yunanıstandakı aşağı maaşlar və yüksək yaşayış xərcləri səbəbindən bir çox insan onsuz da ikinci işdə çalışır. Yeni qanun qüvvəyə minərsə, bu vəziyyət iş yükünü daha da artıracaq.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930