6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Böyük Britaniya Ermənistan və Azərbaycana silah tədarükünə qoyulmuş embarqonu aradan qaldıracaq.

14-oktyabr-2025, 22:48
Böyük Britaniya Ermənistan və Azərbaycana silah tədarükünə qoyulmuş embarqonu aradan qaldıracaq.
Yazı Ölçüsü:
Böyük Britniy 30 ildən artıq qüvvədə olan Ermənistan və Azərbaycana silah tədarükünə qoyulmuş embarqonu aradan qaldıracaq.
"PostMedia" xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin müavini Stiven Dauti tərəfindən verilən bəyanatda bildirilir.
Bəyanat Böyük Britaniya parlamentinin saytında dərc olunub.
“ABŞ prezidenti Donald Trampın təşkil etdiyi son Vaşinqton sammitinin tarixi nəticələrini və sülhün bərqərar olunması istiqamətində əldə edilən əhəmiyyətli irəliləyişi nəzərə alaraq, Böyük Britaniya hesab edir ki, ATƏT-in 1992-ci ildə tövsiyə etdiyi, “Dağlıq Qarabağ bölgəsində döyüşən qüvvələrə silah və sursatın bütün tədarüklərini” əhatə edən embarqonun əsaslandırılması artıq qüvvəsini itirib. Buna görə də Böyük Britaniya Ermənistan və Azərbaycana silah tədarükünə qoyulmuş embarqonu tamamilə ləğv edir”, – bəyanatda qeyd olunur.
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930