6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Almaniya kəşfiyyat rəisi: “Biz bu gün atəş altındayıq”

13-oktyabr-2025
Almaniya kəşfiyyat rəisi: “Biz bu gün atəş altındayıq”
Yazı Ölçüsü:

Qərb və Rusiya arasında açıq hərbi qarşıdurma istənilən an başlaya bilər.

"PostMedia" xəbər verir ki, bunu Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) rəhbəri Martin Yeqer bildirib.

Onun sözlərinə görə, Moskva Qərbin təmkinini və güzəştli davranışını zəiflik kimi qəbul edir.
Yeqer hesab edir ki, Rusiya NATO-nu zəiflətmək, Avropa demokratiyalarını sarsıtmaq və ictimaiyyəti qorxu altında saxlamaq üçün hibrid üsullardan geniş şəkildə istifadə edir.
BND rəhbəri Almaniya Bundestaqında çıxışı zamanı deyib:
“Biz artıq bu gün atəş altındayıq. Hibrid hücumlar, kiberəməliyyatlar və dezinformasiya kampaniyaları yeni səviyyəyə çatıb.”
Onun fikrincə, Rusiyanın birbaşa hərbi hücumu 2029-cu ildən əvvəl gözlənilmir, lakin indidən hazırlıqlı olmaq vacibdir. O,
Yeqer Qərb ölkələrini “əllərini yanına salıb oturmamağa” və Rusiya təhdidinə qarşı koordinasiyalı cavab verməyə çağırıb.

Kateqoriyalar

Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031