İtaliyanın baş naziri Corca Meloni Şarm əl-Şeyxdə keçirilən Sülh sammitində yeganə qadın nümayəndə olub.
"PostMedia" xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp ilə Meloni arasında maraqlı dialoq baş verib.
Tramp zarafatla Melonini salamlayaraq deyib: “Bu qadın kimdir?” Sonra isə onunla əl sıxaraq əlavə edib: “Gözəl qadın.”
Qeyd edək ki, bundan əvvəl Meloni Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan da kompliment alıb. Ərdoğan zarafatla ona siqareti tərgitməyi tövsiyə etmişdi.
Xatırladaq ki, Şarm əl-Şeyxdə keçirilən Sülh sammiti Qəzza zolağında atəşkəs sazişinin rəsmi imzalanması münasibətilə çağırılıb. Sammitdə Misir prezidenti Əbdülfəttah əs-Sisi, Qətər əmiri şeyx Təmim bin Həmad əl-Tani, ABŞ prezidenti Donald Tramp və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Qəzza zolağında atəşkəsin bərpası barədə yekun razılaşmanı imzalayıblar.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
