6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Putin Melaniya Trampın məktubuna cavab verib

10-oktyabr-2025, 20:42
Putin Melaniya Trampın məktubuna cavab verib
Yazı Ölçüsü:
ABŞ-nin birinci xanımı Melaniya Tramp Ukraynalı uşaqların geri qaytarılması ilə bağlı artıq üç aydır ki, Rusiya prezidenti Vladimir Putinlə əlaqə saxladığını açıqlayıb.
"PostMedia" xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Melaniyanın sözlərinə görə, o, Putinə məktubu həyat yoldaşı ABŞ Prezidenti Donald Tramp vasitəsilə iki liderin Alyaskadakı görüşü zamanı çatdırıb.
“O vaxtdan etibarən prezident Putinlə aramızda bu uşaqların taleyi ilə bağlı açıq əlaqə kanalı mövcuddur” – deyə o bildirib.
Birinci xanım əlavə edib ki, Putin məktuba yazılı cavab verib və “ukraynalı uşaqlar məsələsində şəxsi əməkdaşlığa hazır olduğunu göstərib”.
Maleniya Tramp qeyd edib ki, son üç ay ərzində tərəflər arasında “bir neçə qeyri-rəsmi görüş və telefon danışıqları” baş tutub.
Donald Tramp isə daha əvvəl açıqlamışdı ki, həyat yoldaşı Melaniya Putinə qarşı “şəxsi rəğbət” bəsləyir.
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930