N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Kreml: “Ankoric impulsu” hələ də qalır

10-oktyabr-2025
Turan Hüseynli
Kreml: “Ankoric impulsu” hələ də qalır
Yazı Ölçüsü:
Kreml Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Ankoricdə keçirdiyi görüşdən sonra yaranan sülh impulsunun hələ də aktuallığını qoruduğunu bəyan edib.
"PostMedia" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalist Pavel Zarubinlə söhbətində bildirib. Onun sözlərinə görə, Moskva Ukrayna münaqişəsinin dinc yolla həllinə yönəlik mövqeyini davam etdirir və “Ankoric ruhu” hələ də hiss olunur.
"Bu impuls yaşayır və ümid edirik ki, bundan sonra da davam edəcək," – deyə Peskov qeyd edib.
Kremlin sözçüsü həmçinin vurğulayıb ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna məsələsində siyasi iradəsini qoruyub saxlayır. Bununla belə, Peskov Kiyev rejiminin davranışını “nikbinlik üçün əsas verməyən” kimi dəyərləndirib.
Xatırladaq ki, bu ilin avqustunda Putin və Tramp son yeddi ilin ilk geniş formatlı görüşünü Alyaskanın Ankoric şəhərində, Elmenorf-Riçardson hərbi bazasında keçirmişdilər. Tərəflər danışıqları “əlamətdar irəliləyiş” kimi qiymətləndirsələr də, rəsmi sənədlər imzalanmamışdı.
Bundan əvvəl Rusiya XİN rəhbərinin müavini Sergey Ryabkov Ankoridj görüşündən sonra yaranan impulsun tükəndiyini bildirmişdi. Bununla yanaşı, prezident administrasiyası rəsmiləri Kreml və "Ağ Ev" nümayəndələrinin daimi əlaqədə olduğunu təsdiqləyiblər.
Kateqoriyalar