N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Trampı əsəbləşdirəcək qərar - Nobel Sülh mükafatı başqasına verildi

10-oktyabr-2025
Turan Hüseynli
Trampı əsəbləşdirəcək qərar - Nobel Sülh mükafatı başqasına verildi
Yazı Ölçüsü:
Nobel Komitəsi Nobel Sülh Mükafatını Maria Korina Maçadaya verdi.
"PostMedia" xəbər verir ki, Venesuelalı müxalifət lideri Maçada, Venesuela xalqı üçün Prezident Nikolas Maduraya qarşı mübarizə aparan bir lider kimi tanınır.
Venesuelada müxalifətin önəmli simalarından biri olan Maçadanın rəhbərlik etdiyi Demokratik Birlik Platforması 27 may tarixində keçirilən seçkiləri boykot etmişdi.
Nobel Komitəsi açıqlamasında bildirib:
“Venesuela xalqının demokratik hüquqlarını yorulmaq bilmədən müdafiə etməsi, dayanmadan apardığı mübarizə və diktaturadan demokratiyaya ədalətli və dinc keçid təmin etmək üçün göstərdiyi səylərə görə bu mükafata layiq görüldü”.
Mükafata namizəd olanlardan biri ABŞ Prezidenti Tramp bununla bağlı belə demişdi: “Onsuz da mənə verməzlər, ən çox haqq etməyən şəxsə mükafat verilir”.
Nobel Komitəsi Nobel Sülh Mükafatının sahibini açıqlayıb. Mükafat 10 dekabrda keçiriləcək mərasimdə təqdim ediləcək. Digər bütün Nobel Mükafatları ənənəvi olaraq Stokholmda təqdim edildiyi halda, Sülh Mükafatı Osloda verilir.
Kateqoriyalar