6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Ukrayna münaqişəsinin başa çatması energetikadan asılı olacaq - Ağ Ev

09-oktyabr-2025, 21:44
Ukrayna münaqişəsinin başa çatması energetikadan asılı olacaq - Ağ Ev
Yazı Ölçüsü:
Ukraynada münaqişənin həlli prosesində enerji faktoru həlledici rol oynayacaq.
"PostMedia" xəbər verir ki, bunu ABŞ-nin ticarət naziri Hovard Lyutnik "Ağ Ev"in YouTube kanalında yayımlanan hökumət iclasında bildirib.
Bundan əvvəl The Wall Street Journal yazmışdı ki, Vaşinqton Ukraynaya Rusiyanın enerji infrastrukturlarına uzun mənzilli raket zərbələri endirmək üçün kəşfiyyat məlumatları təqdim edə bilər.
ABŞ həmçinin "Tomahawk", "Barracuda" və 500 km-dən artıq məsafəyə malik digər raket sistemlərinin Kiyevə verilməsini nəzərdən keçirir. Hələlik qərar qəbul edilməyib, lakin "Ağ Ev" NATO müttəfiqlərini də Ukraynaya oxşar hərbi yardım göstərməyə çağırır.
Mətbuat yazır ki, Donald Tramp administrasiyası Rusiyanın enerji sektoruna təzyiqin onun hərbi potensialını zəiflədə biləcəyini düşünür.
Moskva isə əvvəlcədən xəbərdarlıq edərək bildirib ki, "Tomahawk" raketləri Ukraynada peyda olan kimi məhv ediləcək.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031