N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Nataliya Tkaçuk: “Rusiyanın kiberhücumlarının 80%-i Avropa və NATO ölkələrini hədəfə alıb”

09-oktyabr-2025
Admin
Nataliya Tkaçuk: “Rusiyanın kiberhücumlarının 80%-i Avropa və NATO ölkələrini hədəfə alıb”
Yazı Ölçüsü:

Rusiya kiberməkanında hücumlarını təkcə Ukraynaya deyil, həmçinin onun müttəfiqlərinə – Avropa İttifaqı və NATO ölkələrinə qarşı da sistemli şəkildə həyata keçirir.

PostMedia” xəbər verir ki, bunu Bakıda keçirilən “Critical Infrastructure Defence Challenge 2025” (CIDC-2025) tədbiri çərçivəsində çıxış edən Ukrayna Təhlükəsizlik və Müdafiə Şurası Aparatının İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik Xidmətinin rəhbəri, Milli Kibertəhlükəsizlik Koordinasiya Mərkəzinin katibi Nataliya Tkaçuk bildirib.

Onun sözlərinə görə, hazırda qeydə alınan DDoS hücumlarının yalnız 20 %-i Ukraynaya yönəlib, qalan 80 %-i isə digər ölkələri – xüsusilə də Avropa İttifaqı və NATO üzvlərini hədəfə alır.

Tkaçuk vurğulayıb ki, Ukraynanın üstünlüyü real düşməni tanıması, kifayət qədər peşəkar insan resursuna malik olması və beynəlxalq humanitar hüquqa əsaslanaraq proaktiv kibermüdafiə tətbiq etmək imkanına sahib olmasındadır.

“Digər ölkələrin belə hüquqi və praktiki alətləri yoxdur. Bu isə qlobal təhlükəsizlik baxımından ciddi boşluq yaradır”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, mövcud vəziyyət beynəlxalq əməkdaşlıq modelinin yenidən nəzərdən keçirilməsini tələb edir. Ukrayna tərəfi təcrübə mübadiləsinə və birgə təlimlərin keçirilməsinə hazır olduğunu açıqlayıb.

Hazırda Ukraynada beynəlxalq kibertəhlükəsizlik mərkəzinin yaradılması prosesi başladılıb.

Kateqoriyalar