N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Rusiyada yanacaq qıtlığı artıq 20%-ə yaxınlaşır - Zelenski

08-oktyabr-2025
Admin
Rusiyada yanacaq qıtlığı artıq 20%-ə yaxınlaşır - Zelenski
Yazı Ölçüsü:

Ukraynanın zərbələri artıq Rusiyaya ciddi təsir göstərir.

"PostMedia" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski video-müraciətində bildirib.

Onun sözlərinə görə, Rusiyada yanacaq çatışmazlığı artıq 20%-ə yaxınlaşıb. Bu problem xüsusilə benzinlə bağlıdır. Bundan əlavə, Rusiya artıq dizel ehtiyatlarını da istifadə etməyə başlayıb, hansı ki, “qara gün” üçün saxlanmışdı.

Zelenski vurğulayıb ki, Vladimir Putin həm Ukraynanın, həm də ABŞ-nin müharibəni bitirmə təkliflərini rədd edib və buna görə də Rusiyanın müharibənin tam qiymətini hiss etməsi tamamilə haqlıdır.

Prezident əlavə edib ki, silah istehsalçıları bunu təmin edir və Ukraynanın uzaq mənzilli hücumlarda daha dəqiq olub.

Ukrayna tərəfi həmçinin yeni sanksiya qərarları üzərində işləyir, əvvəl diqqət yetirilməyən istiqamətlərə də fokuslanır və ABŞ ilə, eləcə də Avropada yeni görüşlər hazırlayır.

Zelenski qeyd edib ki, heç bir real sülh yolunu rədd etmirlər, lakin sülh yalnız Rusiyanın məcbur edilməsi yolu ilə mümkün olacaq.

Qeyd edək ki, Ukrayna hücumları nəticəsində Rusiyanın enerji infrastrukturu zərər gördüyü üçün Belarusdan Rusiyaya qatarla benzin ixracı sentyabr ayında əvvəlki aya nisbətən dörd dəfə artıb.

Kateqoriyalar