6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Tramp: "Ukraynadakı konflikt Yaxın şərqdəkindən daha mürəkkəbdir"

07-oktyabr-2025, 22:44
Tramp: "Ukraynadakı konflikt Yaxın şərqdəkindən daha mürəkkəbdir"
Yazı Ölçüsü:
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Ukraynadakı konflikt Yaxın Şərqdəki qarşıdurmalardan daha mürəkkəbdir.
"PostMedia" xəbər verir ki, o, bunu Kanada Baş naziri Mark Karney ilə görüşdən öncə media nümayəndələri ilə danışarkən deyib.
"Ağ Ev" rəhbəri əvvəlcə düşünürdü ki, Rusiya Prezidenti Vladimir Putinlə yaxşı münasibətləri sayəsində bu məsələni həll etmək ən asan olacaq.
"Mən ona (Vladimir Putinə) çox məyusam, mən düşünürdüm ki, bu (konflikt) asanlıqla həll olunacaq. Amma məlum oldu ki, bu, Yaxın şərqdəkindən daha çətindir. Baxarıq, orada nə baş verəcək”, — deyə ABŞ Prezidenti əlavə edib.
Prezident həmçinin jurnalistlərə bildirib ki, yaxın vaxtlarda Cənubi Koreyada Çin Prezidenti Xi Jinpinglə görüşməyi planlaşdırır və demokratlar partiyasını ABŞ hökumətindəki fasilələrdə günahlandırıb.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031