6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Baş Katib: "Hazırda Türk dövlətlərinin potensialının cəmi 7 %-dən istifadə olunur"

07-oktyabr-2025, 19:18
Baş Katib: "Hazırda Türk dövlətlərinin potensialının cəmi 7 %-dən istifadə olunur"
Yazı Ölçüsü:
Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömüralıyev Vaşinqtonda Zəngəzur dəhlizi ilə bağlı əldə edilən razılaşmanı tarixi əhəmiyyətli sənəd adlandırıb.
"PostMedia" xəbər verir ki, o, bu barədə təşkilata üzv ölkələrin dövlət başçılarının iştirak etdiyi TDT-nin 12-ci Zirvə toplantısında çıxışı zamanı bildirib.
Ömüralıyevin sözlərinə görə, sözügedən razılaşma Türk dünyasını əhəmiyyətli dərəcədə gücləndirəcək və yeni tranzit imkanları yaradacaq. O vurğulayıb ki, Türk dövlətlərinin ümumi iqtisadi gücü 2,1 trilyon dollar, qarşılıqlı ticarət dövriyyəsi isə 1,1 trilyon dollar təşkil edir.
Baş katib əlavə edib ki, hazırda bu potensialın cəmi 7 faizindən istifadə olunur, bu isə gələcək əməkdaşlığın və iqtisadi inteqrasiyanın genişləndirilməsi üçün böyük imkanlar yaradır.
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930