N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Fransa Baş naziri istefa verib

06-oktyabr-2025
Admin
Fransa Baş naziri istefa verib
Yazı Ölçüsü:

Fransanın Baş naziri Sebastyan Lekornu yeni kabinetini təqdim etdikdən cəmi bir neçə saat sonra istefa verib.

PostMedia” xəbər verir ki, bu barədə “Euronews” və “Le Monde” nəşrləri məlumat yayıb.

Məlumata görə, Prezident Emmanuel Makron bir il ərzində dördüncü dəfə hökumət başçısını dəyişib. Bu hadisə avro bazarında güclü sarsıntı yaradıb.

Lekornu bazar günü formalaşdırdığı yeni hökumətin fəaliyyətə başlamasından cəmi 17 saat sonra istefa ərizəsini təqdim edib. Prezident Makron istefanı qəbul edib.

İstefadan dərhal sonra Paris birjası 2 faizdən çox dəyər itirib, avro dollar qarşısında sürətlə ucuzlaşıb, qızılın qiyməti isə artıb.

Köhnə baş nazir açıqlamasında istefasının səbəbini siyasi partiyaların “ifrat tərəfkeşliyi” ilə izah edib:

“Baş nazir kimi işləmək üçün lazımi şərait yaradılmadı. Partiyaların dar siyasi maraqları bu qərarı qaçılmaz etdi”.

Lekornu əlavə edib ki, “kompromisə hazır idim, amma hər partiya öz proqramını irəli sürmək istədi. Bəzən siyasətçi siyasətdən çox ölkəsini düşünməlidir”.

Hadisədən sonra sağçı Milli Birlik Partiyası Makrona parlamenti buraxmaq və erkən seçki keçirmək çağırışı edib.

Fransa artıq bir ilə yaxındır ki, siyasi böhran və küçə etirazları fonunda sabit hökumət formalaşdıra bilmir. Büdcə layihəsinin dəfələrlə parlamentdən keçməməsi və sosial ədalətsizlik narazılıqları hökumətləri ardıcıl şəkildə istefaya məcbur edib.

Sebastyan Lekornunun yerinə kimin təyin ediləcəyi hələlik məlum deyil, lakin Makronun öz partiyasından iqtisadçı bir namizədi seçəcəyi gözlənilir.

Kateqoriyalar