6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

İran: “Heç vaxt atomu qeyri-sülh məqsədləri üçün istifadə etməmişik”

03-oktyabr-2025, 18:50
İran: “Heç vaxt atomu qeyri-sülh məqsədləri üçün istifadə etməmişik”
Yazı Ölçüsü:
İranın mədəniyyət və islam irşadı naziri Abbas Salehi respublika atom enerjisini heç vaxt hərbi məqsədlər üçün istifadə etməyə can atmadığqlarını bəyən edib.
"PostMedia"nın məlumatına görə, nazir "El País" qəzetinə müsahibəsində bildirib ki, İranın nüvə fəaliyyəti bütün dünyada ən çox MAQATE tərəfindən müşahidə olunan proqramdır:
“Bizim üçün nüvə bombası yaratmaq istiqamətində irəliləmək etik, dini və hüquqi baxımdan tam qadağandır”.
Salehi qeyd edib ki, uranın yüksək səviyyədə zənginləşdirilməsi nüvə bomba məqsədi daşımır:
“Biz qərbə demək istəyirdik: edə bilərik, amma istəmirik. Təəssüf ki, bu səsimizi eşitmədilər”.
O, əlavə edib ki, detallı dialoq aparılarsa, həm İran, həm də qarşı tərəf üçün imkanlar yarana bilər.
2025-ci ildə İran və ABŞ arasında beş raund davam edən danışıqlar nəticəsiz qalıb. Buna səbəb İsrailin İrana qarşı hərbi əməliyyata başlaması və ABŞ hərbi qüvvələrinin İranın nüvə obyektlərinə zərbələri olub.
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930