6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Kanadada 47 mindən çox xarici tələbə yoxa çıxıb

03-oktyabr-2025, 18:34
Kanadada 47 mindən çox xarici tələbə yoxa çıxıb
Yazı Ölçüsü:
Kanada hökuməti ölkə universitetlərində təhsil almalı olan 47 mindən çox xarici tələbənin harada olduğunu müəyyən edə bilmir.
"PostMedia" xəbər verir ki, bu barədə "National Post" qəzeti məlumat yayıb.
Kanadanın Miqrasiya, Qaçqınlar və Vətəndaşlıq Nazirliyinin nümayəndəsi Ayişa Zəfərin parlamentin müvafiq komitəsində təqdim etdiyi hesabatda bildirilir ki, universitetlər minlərlə xarici tələbənin dərslərə qatılmadığını açıqlayıb. Nazirlik ehtimal edir ki, həmin şəxslər indi ölkədə qanunsuz qala bilərlər.
Ən çox “itkin düşən” tələbələr Hindistandan (təxminən 20 min nəfər) və Çindən (4 mindən çox nəfər) gəlib.
2024-cü ildə Kanada hökuməti 125 mindən artıq tələbə vizası verib. Lakin 2025-ci ilin ilk yarısında bu göstərici kəskin azalıb – cəmi 36,4 min vizaya icazə verilib.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031