6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Ermənistanda pensiya və müavinət alanlar nağdsız ödədikləri vəsaitin 20%-ni geri alacaq

02-oktyabr-2025, 23:30
Ermənistanda pensiya və müavinət alanlar nağdsız ödədikləri vəsaitin 20%-ni geri alacaq
Yazı Ölçüsü:

Ermənistanda pensiya və müavinət alanlara nağdsız alış-verişdən geri ödəmə faizi 12%-dən 20%-ə yüksələcək, bu da onların pensiyalarında orta hesabla 3 0003 500 dramlıq artım yaradacaq.

PostMedia" xəbər verir ki, bunu Ermənistan Milli Məclisində hökumətlə sual-cavab zamanı Əmək və Sosial Məsələlər naziri Arsen Torosyan bildirib.

Nazir 2026-cı il yanvarın 1-dən geri ödəmə limitləri artırılacağını deyib.

Onun fikrincə, bu, 2026-cı ildə dövlət və bütün pensiyaçılar üçün mühüm nailiyyət olacaq. O, vətəndaşları pensiya və müavinətləri nağdlaşdırmamağa, alış-verişləri isə nağdsız həyata keçirməyə çağırıb.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31