6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Almaniya və Macarıstan ldierləri Kopenhagendə mübahisə ediblər

02-oktyabr-2025, 16:11
Almaniya və Macarıstan ldierləri Kopenhagendə mübahisə ediblər
Yazı Ölçüsü:

Almaniya kansleri Fridrix Merts Avropa İttifaqının Kopenhagendə keçirilən sammitində Macarıstanın baş naziri Viktor Orbanı tənqid edib.

"PostMedia" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, “toqquşma” Aİ-nin müdafiəsini necə təmin edə biləcəyi və Ukraynaya dəstək məsələlərinin müzakirəsi zamanı baş verib.

“Merts çərşənbə günü Kopenhagendə Aİ liderlərinin görüşü zamanı Viktor Orbanı sərt tənqid edərək, Macarıstan baş nazirini blokun təhlükəsizlik məsələlərinin müzakirəsini pozmaqda ittiham edib”, – deyə xəbərdə bildirilir.

Müəlliflərin fikrincə, bu mübahisə Aİ-də Orbanla bağlı narazılığın daha bir göstəricisidir. "Bloomberg" xatırladır ki, Macarıstan baş naziri dəfələrlə Rusiyaya qarşı sanksiyaları ləngitmək üçün veto hüququndan istifadə edib və Ukraynanın Aİ-yə üzvlüyünə qarşı çıxır.

Sammitə yola düşməzdən əvvəl Viktor Orban bəyan etmişdi ki, Kopenhagendə keçirilən qeyri-rəsmi görüşdə onu “qəfəs döyüşü” gözləyir, çünki digər ölkələr mütəmadi olaraq Ukrayna məsələsində Budapeştə təzyiq göstərirlər.

Daha əvvəl Avropa Şurasının rəhbəri Aİ-nin Ukrayna qarşısında öhdəliklərini xatırlatmışdı.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930