6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

“Zəngəzur dəhlizi" türk dövlətlərinin birləşməsinin açarıdır” – Türkiyənin nəqliyyat naziri

01-oktyabr-2025, 11:35
“Zəngəzur dəhlizi" türk dövlətlərinin birləşməsinin açarıdır” – Türkiyənin nəqliyyat naziri
Yazı Ölçüsü:
“Zəngəzur dəhlizi" türk dövlətlərinin birləşməsinin açarıdır”.
"PostMedia" xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının nəqliyyat nazirlərinin 8-ci görüşündə çıxış edən Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.
Nazir əlavə edib ki,"Zəngəzur dəhlizi" Qafqazda münasibətlərin tənzimlənməsi prosesində həyati rol oynayır.
“Regionumuz üçün daha bir yaxşı xəbər isə Zəngəzur vasitəsilə yeni imkanların açılmasıdır. Bu dəhliz Türkiyə ilə Azərbaycan arasında birbaşa quru əlaqəsini təmin edəcək və bütün türk dünyasının birləşməsi istiqamətində mühüm addım olacaq. Bundan regionun bütün ölkələri faydalanacaq”, – deyə o əlavə edib.
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930