N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Rusiya Çin ordusunu Tayvana qarşı hücum üçün hazırlayır

26-sentyabr-2025
Admin
Rusiya Çin ordusunu Tayvana qarşı hücum üçün hazırlayır
Yazı Ölçüsü:

Rusiya Çin hava-desant batalyonunu təchiz etməyə və onları zirehli texnika ilə sürətli hava-enmə əməliyyatlarına hazırlamağa razılaşıb.

"PostMedia" xəbər verir ki, bu barədə "Washington Post" əldəe tdiyi sənədlərə əsasən məlumat yayıb.

Məlumatda deyilir ki, bu, Pekinin Tayvanı ələ keçirmək qabiliyyətini artırmaq üçün Rusiya təcrübəsindən istifadə etməsi kimi qiymətləndirilir.

Razılaşmalar çərçivəsində Çin ordusu "BMD-4M" yüngül amfibiya zirehli maşınları, "Sprut-SDM1" özünüyerləşdirən anti-tank topları və "BTR-MDM" desant zirehli maşınları alacaq. Həmçinin yüksəkdən ağır yük düşürmək üçün xüsusi paraşüt sistemləri və komanda müşahidə vasitələri təqdim ediləcək.

Rusiya ekspertləri həmçinin Çin desantçılarını bu texnikadan istifadə və əməliyyatların idarə olunması üzrə təlimləndirəcək. Analitiklər bildirir ki, bu, Çin Hərbi Hava Qüvvələrinə Tayvan, Filippin və regiondakı digər ada dövlətlərinə qarşı hücum imkanlarını artıracaq.

Ekspertlər vurğulayır ki, Tayvanın kiçik sahəsinə genişmiqyaslı hücum üçün Çin ordusunun Rusiyanın hava-desant təcrübəsindən faydalanması həlledici ola bilər. Həmçinin Rusiyanın enerji və müdafiə sənayesi Çinin əməliyyat qabiliyyətini strateji dəstəkləyə bilər.

Bu əməkdaşlıq, həmçinin ABŞ-ın Asiya-Sakit okean regionunda Çin təhlükəsinə qarşı yönəlmiş müdafiə planlarını çətinləşdirir. Tayvan isə hərbi xərcləri artıraraq desant hücumlarına qarşı hazırlığını gücləndirib.

Beləliklə, Rusiya-Çin hərbi əməkdaşlığı yalnız simvolik bir tərəfdaşlıq deyil, Tayvan qarşısında real hərbi qabiliyyətləri gücləndirən strateji addım kimi qiymətləndirilir.

Kateqoriyalar