ABŞ Prezidenti Donald Tramp Çinə tətbiq olunan gömrük vergisini 125%-ə qaldırıb.
“PostMedia” xəbər verir ki, bu Çinin ABŞ-yə tətbiq etdiyi gömrül vergisini 84%-ə qalldırmasından sonra olub.
Trump Çinin dünya bazarlarında sərt davranışlarına qarşı bu addımı atdığını və ABŞ-ın artıq daha sərt yanaşma tətbiq edəcəyini bildirib.
Eyni zamanda, qaeşılıq verməyən 75-dən çox ölkə üçün əlavə tariflər 90 gün müddətinə təxirə salınıb. Bu ölkələr yalnız 10%-lik əsas vergini ödəyəcəklər. ABŞ Xəzinə naziri, bu ölkələrin mükafatlandırılacağını və vergi məsələlərində ABŞ-a qarşı adekvat addım atmayan ölkələrlə razılaşmaların əldə oluna biləcəyini açıqlayıb.
Tramp yeni gömrük tarifləri sayəsində hər gün təxminən 2 milyard dollar qazandıqlarını bildirib.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
