ABŞ Prezidenti Donald Tramp sentyabrın 29-da KXDR lideri Kim Çen Inla qarşılıqlı rəğbət münasibətlərinin olduğunu bildirib.
"PostMedia" xəbər verir ki, bu barədə Tramp jurnalistlərlə söhbətində deyib.
“Belə alındı ki, o, mənim dostumdur – Kim Çen In. O, mənim dostumdur. O, Trampı bəyənir. Başqa bir çox insanı bəyənmir. Yəqin ki, bütün dünyada onun rəğbət bəslədiyi yeganə insan mənəm və mən də onu bəyənirəm”, - deyə Tramp jurnalistlərə bildirib.
Siyasətçi Kim Çen Inla münasibətlərinin xüsusi xarakter daşıdığını vurğulayıb.