6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Kim Çen Inin bacısı Cənubi Koreya sərhədində minaların partlamasında KXDR-in iştirakını təkzib edib

30-sentyabr-2026, 08:55
Kim Çen Inin bacısı Cənubi Koreya sərhədində minaların partlamasında KXDR-in iştirakını təkzib edib
Yazı Ölçüsü:

KXDR lideri Kim Çen Inin bacısı və Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo Çjon ölkəsinin Koreya Respublikası ilə sərhəddə yerləşən demilitarizasiya zonasında (DMZ) ehtimal olunan mina partlayışı ilə heç bir əlaqəsinin olmadığını bildirib.

"PostMedia" xəbər verir ki, bu barədə , Koreya Mərkəzi Teleqraf Agentliyi Kim Yo Çjondan sitat gətirib.

“Son vaxtlar Koreya Respublikasının hərbi quldurları cənub sərhədi ərazisində baş vermiş mina partlayışı ilə bağlı “araşdırmanın nəticələrini” açıqlamaqla növbəti təxribata əl atıblar. Əlbəttə, belə bir farsda yeni heç nə yoxdur”.

Onun sözlərinə görə, son iki il ərzində KXDR hərbçilərinin sərhədyanı ərazidə maneələr inşa etməsi Pxenyanın suveren hüququdur və hər hansı hərbi məqsəd daşımır.

Kim Yo Çjon həmçinin xəbərdarlıq edib ki, Cənubi Koreya hərbçiləri maneələrin inşası ilə məşğul olan KXDR hərbçilərinə atəş açarsa, qarşı tərəf cavab zərbəsi endirəcək.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031