ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib ki, İranın rəhbərliyi ABŞ qarşısında götürdüyü öhdəlikləri yerinə yetirərsə, Tehranla razılaşma əldə etmək imkanı qalır.
"PostMedia"nın məlumatına görə, jurnalist Vins Kolyaneseyə müsahibəsində Vens bildirib ki, Prezident Donald Tramp açıq şəkildə “ABŞ-nin İranla razılaşma əldə edə biləcəyi bir reallığın mövcud olduğunu” deyib. Lakin bunun üçün Tehran davranışını dəyişməlidir.
“Bu, iranlıların ABŞ qarşısında götürdükləri öhdəlikləri yerinə yetirməsini tələb edir”, – Vens deyib.
Onun sözlərinə görə, qarşıdakı bir neçə ay ərzində məhz bu prinsip Vaşinqtonun İrana münasibətdə yanaşmasını müəyyən edəcək. ABŞ danışıqlara hazırdır, lakin ilk növbədə Tehranın bəyanatlarını deyil, konkret addımlarını qiymətləndirəcək.
“Danışıqlar, amma sözlər yox, yalnız əməllər üzərində”, – vitse-prezident vurğulayıb.
Beləliklə, Vens Vaşinqtonun İranla diplomatik razılaşma imkanını istisna etmədiyinə işarə edib. Lakin bu imkanın reallaşmasını Tehranın öz öhdəliklərini yerinə yetirməsi və razılaşmaya hazır olduğunu bəyan etməsindən deyil, konkret praktiki addımlar atmasından asılı olduğunu bildirib.