6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Fransua Olland Fransa prezident seçkilərində iştirakını istisna etməyib

28-sentyabr-2026, 15:50
Fransua Olland Fransa prezident seçkilərində iştirakını istisna etməyib
Yazı Ölçüsü:

Fransanın sabiq prezidenti Fransua Olland 2027-ci il prezident seçkilərində iştirak edə biləcəyini açıqlayıb.

"PostMedia" xəbər verir ki, o, bu barədə İtaliyanın “Repubblica” qəzetinə müsahibəsində danışıb.

Onun sözlərinə görə, söhbət qisas almaqdan və ya hakimiyyəti geri qaytarmaq istəyindən getmir. Məsələ ölkəyə kimin rəhbərlik edə və fransızları birləşdirə, onlara gələcəyə inamı qaytara biləcəyindən ibarətdir.

“Prezident seçkilərində iştirak elə bir qərardır ki, onu, xüsusilə də dövlətin keçmiş başçısı olduğunuz halda, yüngül qəbul etmək olmaz. Mən yalnız müstəsna şəraitdə belə bir addım ata bilərəm. Özümü birinci turda sadəcə iştirak etmək xatirinə namizəd olan biri kimi təsəvvür etmirəm. Mən ikinci tura keçmək və seçkilərdə qalib gəlmək istəyirəm. Qərarımı məhz bu imkan əsasında verəcəyəm”, – deyə o bildirib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031