ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktorunun müavini Endryu Beyli istefa verdiyini açıqlayıb.
"PostMedia" xəbər verir ki, o, qərarı barədə “X” sosial şəbəkəsində məlumat verib.
“Əldə etdiklərimizlə böyük qürur hissi keçirərək bildirirəm ki, Missuridə yaşayan ailəmin yanına qayıtmaq üçün vəzifəmdən ayrılıram”, – Beyli yazıb.
O, eyni zamanda FTB direktoru Keş Patelə etimadını ifadə edərək onun qurumda islahatları davam etdirəcəyinə, zorakı cinayətkarlıqla mübarizə aparacağına, ölkəni qoruyacağına və təşkilati hesabatlılığı artıracağına əmin olduğunu bildirib.
“The Washington Post”un yazdığına görə, Donald Tramp administrasiyasının hakimiyyətə gəlməsindən sonra Beyli FTB direktoru və ya Ədliyyə Nazirliyinin rəhbəri vəzifəsinə mümkün namizədlərdən biri kimi nəzərdən keçirilirdi.
Nəşr eyni zamanda qeyd edir ki, Beylinin büroda çalışdığı müddətdə FTB təcrübəli əməkdaşların kütləvi şəkildə işdən çıxarılması və başqa vəzifələrə keçirilməsi ilə müşayiət olunan genişmiqyaslı proseslə üzləşib.
Beyli 2025-ci ilin fevralından FTB direktorunun müavini vəzifəsini tuturdu.