6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Aleksandr Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

27-sentyabr-2026, 22:33
Aleksandr Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib
Yazı Ölçüsü:
Serbiya Prezidenti Aleksandr Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib. O, istefasını axşam saatlarında Belqradda Prezident Administrasiyasının binasından vətəndaşlara müraciəti zamanı açıqlayıb.
"PostMedia" xəbər verir ki, bu barədə “Tanjug” məlumat yayıb.
İstefadan sonra Vuçiç siyasi fəaliyyətini davam etdirmək və qarşıdakı parlament seçkilərində iştirak etmək niyyətindədir.
“Bu gün mənim istefa verdiyim gündür”, – deyə Vuçiç müraciətində bildirib. O, iki prezident seçkisində ona göstərdikləri dəstəyə görə vətəndaşlara təşəkkür edib və dövlət başçısı vəzifəsində çalışmağı özü üçün böyük şərəf hesab etdiyini söyləyib.
Vuçiç daha əvvəl sentyabrın 27-də prezident vəzifəsindən gedəcəyini və sıravi vətəndaş kimi seçki kampaniyasına qatılacağını açıqlamışdı. Oktyabrın 25-nə təyin edilmiş növbədənkənar parlament seçkilərində o, Serb Tərəqqi Partiyası və tərəfdaşları tərəfindən yaradılmış “Aleksandr Vuçiç – Vahid Serbiya” blokunun siyahısına rəhbərlik edir.
İstefadan sonra prezident səlahiyyətlərini müvəqqəti olaraq Serbiya Milli Assambleyasının sədri Anna Brnabiç icra edəcək. Serbiya qanunvericiliyinə əsasən, prezident seçkiləri dövlət başçısının səlahiyyətlərinin dayandırılmasından sonra üç aydan gec olmayaraq keçirilməlidir.
Beləliklə, qarşıdakı aylarda Serbiyada eyni vaxtda iki ümummilli səsvermə keçiriləcək. Parlament seçkiləri oktyabrın 25-də baş tutacaq, prezident seçkiləri isə dekabrın sonuna qədər keçirilməlidir.
Vuçiç 2017-ci ildən Serbiya prezidenti vəzifəsini tuturdu. O, 2022-ci ildə ikinci müddətə yenidən seçilmişdi və bu müddət 2027-ci ilə qədər davam etməli idi. O, bu vəzifədə təxminən doqquz il yarım çalışıb.
İstefasından əvvəl Vuçiç vəzifədən gördüyü işlərin nəticələrindən qürur duyaraq getdiyini bildirib.
O, “RTS”ə müsahibəsində həmçinin son bir il yarım ərzində baş verən hadisələrlə əlaqəli bir sıra şəxslər barəsində əfv və amnistiya qərarları hazırladığını bildirib. Vuçiç bu tədbirlərin ölkədə gərginliyin azaldılmasına kömək edə biləcəyini qeyd edib.
Vuçiç istefa vermək niyyətini ilk dəfə sentyabrın 14-də açıqlayıb. Sentyabrın 24-də isə Nyu-Yorkda istefasını sentyabrın 27-si axşam saatlarında verəcəyini və eyni zamanda qərarını izah edəcəyini dəqiqləşdirib.
Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031